Ayrılmaq istəyir – maaşdan və forma nömrəsindən narazıdır

15 İyun 2021 02:10 Almaniya 815
Ayrılmaq istəyir – maaşdan və forma nömrəsindən narazıdır

“Bavariya”nın futbolçusu Kinqsli Koman klubu tərk etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi yayda klubunu dəyişmək istəyir.

Koman “Bavariya”dakı maaşından və 10 nömrəli formanın ona verilməməsindən narazıdır.

Hazırda 29 nömrəli formada mübarizə aparan Komanın klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir. 24 yaşlı futbolçu ilə İngiltərənin “Mançester Yunayted” klubu maraqlanır.

Digər Xəbərlər
Xəbər Lenti