Gürcüstan millisinin qapıçısı Giorgi Mamardaşvilinin “Liverpul”a keçidə yaxın olduğu iddia edilir.
Sportinfo.az “Tuttosport”a istinadən xəbər verir ki, 23 yaşlı qolkiper üçün daha bir təklif İtaliyadan gəlib.
“Milan” “Liverpul”la mübarizədə onu heyətinə qatmaq istəyir.
Hətta “Milan” sabiq futbolçusu Kaxa Kaladzenin Mamardaşvilini bu komandaya keçməyə razı salacağına daha çox ümid edir.
Mamardaşvilinin “Valensiya” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Giorgi “Dinamo”(Tbilisi), “Rustavi”, “Lokomotiv”(Tbilisi) komandalarının qapısını qoruyub.