Müdafiə xəttinə iki transfer etmək istəyir - Məşhur klub

12 İyun 2024 12:00 Almaniya 2 056
Müdafiə xəttinə iki transfer etmək istəyir - Məşhur klub

Vinsent Kompanini baş məşqçi postuna gətirən "Bavariya" müdafiə xəttini yeni oyunçularla gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisi "Çelsi"dən Levi Koluill və "Bayer"dən Conatan Tanı transfer etmək istəyir.

Bu barədə "Sky Sports" nəşri məlumat yayıb.

Kompani həriki oyunçunu komandasında görmək istədiyini rəhbərliyə bildirib. "Bavariya" futbolçuların klubları ilə danışıqlara başlayacaq.

Conatan Ta başa çatan mövsümdə "Bayer"lə Bundesliqa çempionluğu yaşayıb. 28 yaşlı müdafiəçi komandanın heyətində meydana çıxdığı 48 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Levi Koluill isə son mövsümdə "Çelsi" forması ilə keçirdiyi 32 matçda 1 qol vurub, 1 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi