Dünyanın ən yaxşı üç mərkəz müdafiəçisini seçdi

29 Dekabr 2020 01:52 Almaniya 907
Dünyanın ən yaxşı üç mərkəz müdafiəçisini seçdi

Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand ən yaxşı müdafiəçilər barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, norveçli oyunçu bununla bağlı "Mundo Deportivo"ya açıqlamasında deyib:

“Düşünürəm ki, dünyanın ən yaxşı üç mərkəz müdafiəçisi Serxio Ramos , Vircil van Deyk və Kalidu Kulibalidir. Üçü də fiziki cəhətdən güclü və eyni zamanda son dərəcə ağıllıdırlar".

Ramos 2005-ci ildən "Real"da oynayır. Bu mövsüm ispan müdafiəçi La Liqanın 12 matçında iştirak edib və 2 qol vurub. "Liverpul"da çıxış edən van Deyk İngiltərə Premyer Liqasının 5-ci turunda "Everton"la matçda

(2:2) rəqib komandanın qapıçısı Cordan Pikfordla toqquşma nəticəsində zədələnib. Daha sonra ona diz zədəsi diaqnozu qoyulub.

Futbolçunun aprel ayına qədər yaşıl meydanlara qayıtması gözlənilmir. Kulibali isə 2014-cü ildən "Napoli" də oynayır. Bu mövsüm o, İtaliya A Seriyasının 12 görüşündə iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti