3 aya 4-cü baş məşqçini gətirdi - Bundesliqa klubu

28 Dekabr 2020 00:14 Almaniya 921
3 aya 4-cü baş məşqçini gətirdi - Bundesliqa klubu

"Şalke"nin yeni baş məşqçisi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, komanda Kristian Qrossa tapşırılıb.

Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. 66 yaşlı mütəxəssis bundan əvvəl "Ştutqart" və "Tottenhem" kimi klubları çalışdırıb.

Qross bu ilin sentyabr ayından indiyədək "Şalke"yə təyin edilən 4-cü baş məşqçidir.

Hazırda 4 xalla autsayder olan Gelzenkirxen təmsilçisini artıq 29 oyundur ki, Bundesliqada qalib gələ bilmir. Komanda sonuncu dəfə yanvarın 17-də Münhenqladbax “Borussiya”sını udub – 2:0.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM