Qardaşlar futboldan gedir

22 Dekabr 2020 10:20 Almaniya 648
Qardaşlar futboldan gedir

Almaniyada “Bayer”in formasını geyinən Lars və Sven Bender qardaşları mövsümün sonunda karyeralarını başa vuracaqlar.

Sportinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə 31 yaşlı qardaşların klubla müddəti yayda bitəcək müqavilələri yeniləməyəcəyi və futboldan gedəcəkləri diqqətə çatdırılıb. Onların bu qərarı birgə verdikləri vurğulanıb.

Bu mövsüm 16 oyuna çıxan Lars Bender 2009-cu ildən “Bayer”in formasını geyinir. Sven Bender isə Leverkuzen təmsilçisində dördüncü mövsümünü keçirir.

Onların hər ikisi “1860 Münhen”in yetirməsidir. Lars Almaniya yığmasında 19, Sven isə 7 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti