II Liqa komandaları yenə nə pis iş tutub?

6 Aprel 03:10 II Divizion 647
II Liqa komandaları yenə nə pis iş tutub?

AFFA İntizam Komitəsinin keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda II Liqanın XIX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

01.04.2024-cü il tarixində II Liqada XIX turun “Sheki City” – “Şəmkir” oyununun 59-cu dəqiqəsində “Şəmkir” klubunun 12 nömrəli futbolçusu Novruz Rəhimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəmkir” klubu 80 manat cərimə edilir (maddə 41);

02.04.2024-cü il tarixində II Liqada XIX turun “Qusar” – “Kür-Araz” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qusar” klubu 70 manat cərimə edilir (maddə 37);

02.04.2024-cü il tarixində II Liqada XIX turun “Şəfa” – “Kürmük Qax” oyununun 41-ci dəqiqəsində “Kürmük Qax” klubunun 7 nömrəli futbolçusu Qafar Qafarov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kürmük Qax” klubu 80 manat cərimə edilir (maddə 41);

02.04.2024-cü il tarixində II Liqada XIX turun “Şəfa” – “Kürmük Qax” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Şəfa” klubu 80 manat cərimə edilir (maddə 51.2).

01.04.2024-cü il tarixində II Liqada XIX turun “Baku Sportinq” – “Füzuli” oyununda “Füzuli” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);

01.04.2024-cü il tarixində II Liqada XIX turun “Ağdaş” – “Göygöl” oyununda “Ağdaş” klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə “Ağdaş” klubu 100 manat cərimə edilir (maddə 91).

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU