II Liqada dördüncü tur arxada qalıb.
«Dinamo» hesabat həftəsində Bərdəyə səfər edib. «
Hypers»in qonağı olan «polislər» Aran Qarabağından 2:1 hesablı qələbəylə dönüb. Halbuki oyunun əvvəli və sonu onlar üçün çətin keçib.
Ev sahibləri 8-ci dəqiqədə Ceyhun Rəcəblinin cərimə meydançasının xətti üzərindən vurduğu qolla hesabı açıb.
Ümumiyyətlə, ərazi üstünlüyü onlarda olub. Bərdəlilər fasiləyədək fərqi artırmağa çalışıb, di gəl, İbrahim Bağırov qorduğu qapıda etibarlı təsir bağışlayıb.
Fastlədən sonra nisbətən özünə gələn və irəli atılmağa başlayan qonaqlar 4 dəqiqə ərzində öncə hesabı bərabərləşdirib, ardınca hesabda önə çıxıb.
Nuran Muradlı ilə Ziya Məmmədli vəziyyəti «Dinamo»nun xeyrinə dəyişib. Bundan sonra böyük qüvvəylə «Dinamo»nun qapısına tərəf gələn «Hypers» bir neçə qol vəziyyəti yaradıb.
Bağırov bu dəfə də «çərçivə»də sayıqlığı itirməyib, qurtarışları ilə komandasının dadına yetişib.
Aranlılar axıra yaxın «Dinamo»nun torunu silkələsə də, baş hakim Kamil Aydınov onu hesaba almayıb.
SPORTİNFO.AZ
“Hypers” - “Dinamo” 1:2
Bərdə şəhər stadionu. 200 tamaşaçı
Baş hakim: Kamil Aydınov
Baş hakimin köməkçiləri: Cavid Ömərov, Tural Bayramov
Dördüncü hakim: Mehdi Yusifov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Ceyhun Rəcəbli, 86 (hakimin qərarına etiraz) // Zöhrab Bayramov, 36 (hakimin qərarına etiraz); Valeh Seyidov, 52 (qeyri-idman hərəkəti); Əvəz Cəfərquluzadə, 73 (qeyri-idman hərəkəti); Elvin Cahangirli, 90+5 (qeyri-idman hərəkəti)
Qollar: Ceyhun Rəcəbli, 8 // Nuran Muradlı, 49; Ziya Məmmədli, 53
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 6 dəq.
“Hypers”
13. Elnar Şabanov
22. Asim Babazadə
(18. Vüqar Əşrəfli, 64)
15. Elvin Dəmirov (k)
(10. Taleh Hüseynzadə, 20)
17. Ceyhun Rəcəbli
5. Ramin Məhərrəmov
19. Mahmud Məmmədov
7. Elariz Xəlilli
(8. Seymur Fərəci, 68)
11. Samir Ağayev
16. Nazim Həsənzadə
(21. Davud Mahmudov, 64)
2. İmran Azaxov
(14. Aqil Nəzərov, 46)
4. Saleh Süleymanov
Ehtiyat oyunçular:
1. Teymur Hüseynov
20. Kərəm Əhmədli
Baş məşqçi: Eldəniz Orucov
“Dinamo”
1. İbrahim Bağırov
14. Xəyal Qocayev
(15. Rəşad Musayev, 89)
20. Valeh Seyidov (k)
19. Elvin Cahangirli
10. Ziya Məmmədli
99. Yadigar Qarayev
(17. Əvəz Cəfərquluzadə, 71)
7. Zöhrab Bayramov
(16. Talıb Ramazanov, 77)
3. Ayxan Mustafazadə
44. Əli Məmmədli
6. Nuran Muradlı
8. Rəsul Məmmədli
Ehtiyat oyunçular:
12. Sübhan İbadov
5. Nihad Həsənzadə
Baş məşqçi: İbrahim Uzunca
