Azərbaycanda belə sonluğu heç bir komanda arzulamaz! - VİDEO

1 Oktyabr 23:40 II Divizion 519
Azərbaycanda belə sonluğu heç bir komanda arzulamaz! - VİDEO

Azərbaycan II Liqasında IV tura yekun vurulub.

"Dinamo" Binədə "Füzuli"ni qəbul edib. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Amit Quluzadənin çalışdırdığı komanda hesabı ilk hissədə açan tərəf olsa da, fasilədən sonra yenik duruma düşüb.

Sadiq Hüseynli 54-cü dəqiqədə bərabərlik qolunu vurub. "Dinamo"nun İdarə Heyətinin sədri Yaşar Seyidovun oğlu Valeh Seyidov 67-78-ci dəqiqələr aralığında dubla imza atıb və çempionatda qollarının sayını 5-ə çatdırıb.

Fəqət, Qarabağ təmsilçisi 84-cü dəqiqədən başlayaraq, oyunu öz xeyirlərinə dəyişə biliblər. Bunda "polislər"in baş məşqçisi Novruz Əzimovun taktiki yanlışları əhəmiyyətli olub.

Məhz onun komandanı müdafiəyə çəkməsindən sonra "Füzuli" qısa fasilələrlə 3 dəfə ev sahiblərinin torunu silkələyib.

Əziz Hüseynovla (2) Kənan Mirzəliyevirn fərqləndiyi epizodlarda qapıçı İbrahim Bağırovun da kobud mövqe səhvlərini qeyd etməliyik.

Xallarını 9-a yüksəldən "Füzuli" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 6 xalı olan "Dinamo" isə 7-ci yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 30 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
Dördüncü hakim: İrşad Aydınov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqələr: Ziya Məmmədli, 64 (oyun qaydalarının sistematik şəkildə pozulmasi) // Kənan Mirzəliyev, 21 (qeyri-idman hərəkəti); Haqverdi Həsənov, 73 (qeyri-idman hərəkəti); Cəsur Hüseynov, 80 (qeyri-idman hərəkəti); Əli İbrahimov, 90+5 (qeyri-idman hərəkəti)
Qollar: Sadiq Hüseynli, 55; Valeh Seyidov, 67, 79 // Sergey Markelov, 43; Əziz Hüseynov, 83, 90+2; Kənan Mirzəliyev, 90
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

Dinamo”

1. İbrahim Bağırov
22. Elvin Mirzəyev
11. Şahin Əliyev
(2. Nihad Mahmudzadə, 83)
7. Elmin Əskərli (k)
24. İlkin Həsənli
10. Ziya Məmmədli
(20. Valeh Seyidov, 65)
8. Sadiq Hüseynli
3. Yusif Rufullazadə
5. Elxan Zeynalabdinzadə
6. Kərim Məmmədov
17. Fizuli Dəmirov
(19. Əkbər Səfərzadə, 87)
Ehtiyat oyunçular:

12. Elmin Qaçaylı
55. Nihat Bayramlı
16. Aslan Səlimov
14. Rəmzi Səfərov
18. Əli Hacıyev
99. Nikita İzmayılov
Baş məşqçi: Novruz Əzimov

“Füzuli”

1. Əyyub Əliyev
19. Hüseyn Axundov (k)
22. Rafael Qavami
(10. Cəsur Hüseynov, 67)
17. Vüsal Tahirov
15. Əziz Hüseynov
6. Ceyhun Cavadov
(88. Ramin Məhərrəmli, 78)
71. Sergey Markelov
(11. Rəvan Abasov, 60)
91. Süleyman Piriyev
7. Təmraz Əmircanov
20. Haqverdi Həsənov
21. Kənan Mirzəliyev
Ehtiyat oyunçular:

95. Əli İbrahimov
5. Vüsal Səfərov
44. Rafət Hənifli
3. Nurlan Məmmədov
8. Cavid Rəhimov
30. Zaur Məmmədov
Baş məşqçi: Amit Quluzadə

Xəbər Lenti