
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, qərarlardan biri II Liqanın 2-ci turunda baş tutan "Şəmkir" - "Dinamo" matçı (2:3) ilə bağlıdır.
AFFA sözügedən oyunun nəticəsini ləğv edib və Şəmkirin eyniadlı klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Buna səbəb sentyabrın 19-da keçirilən matçın 59-cu dəqiqəsində “Şəmkir”in heyətində adı oyunun rəsmi protokoluna daxil edilməyən, lakin yaşıl sahəyə ayaq basandan az sonra qol vuran Kərəm Əhmədlinin forma geyinməsidir.
Klub buna görə həm də 400 manat cərimə edilib.