Qurban Qurbanovun oğlu bunu əmisinin komandasına etdi

14 Fevral 2020 16:10 I Divizion 1 150
Qurban Qurbanovun oğlu bunu əmisinin komandasına etdi

Bu gün Azərbaycan birinci divizionunda 15-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.

"Sabah-2" səfərdə "Zirə"nin əvəzedicilərinə qalib gəlib - 2:1. "Qartallar"ın təsəlli qolunu Zaur Həşimov tərəfindən əsas komandadan uzaqlaşdırılan Bəxtiyar Həsənəlizadə vurub.

“Zaqatala” - “Qarabağ-2” matçında isə 1:1 hesabı qeydə alınıb. Ağdamlı gənclərin heyətində yenə Musa Qurbanlı fərqlənib.

Qurban Qurbanovun oğlu 12-ci dəqiqədə əmisi Mussa Qurbanovun prezidenti olduğu “Zaqatala”nın qapısına penaltidən yol tapıb.

“Zirə-2” – “Sabah-2” 1:2
Qollar
: Zahid Mərdanov, 45+2 (0:1), Fərid Kərimzadə, 77 (0:2), Bəxtiyar Həsənalızadə, 87 (1:2)
“AZAL Arena”

“Zaqatala” – “Qarabağ-2” 1:1
Qollar
: Musa Qurbanlı, 12-pen. (0:1), Sərxan Abdullayev, 79 (1:1)
Zaqatala şəhər stadionu

N Klublar O Q H M T-F X
1 Səbail-2 14 9 4 1 29-9 31
2 Sabah-2 14 9 1 4 23-16 28
3 Turan Tovuz 14 9 1 4 25-17 28
4 Zaqatala 14 8 2 4 24-14 26
5 Neftçi-2 14 7 3 4 21-11 24
6 Kəpəz 14 6 4 4 18-16 22
7 Sumqayıt-2 14 6 3 5 17-20 21
8 Keşlə-2 14 5 4 5 22-19 19
9 Qarabağ-2 13 5 1 7 27-19 16
10 MOİK 13 3 4 6 14-19 13
11 Ağsu 14 4 1 9 13-33 13
12 Zirə-2 14 3 1 10 17-33 10
13 Qaradağ Lökbatan 14 1 1 12 6-30 4
Digər Xəbərlər
Xəbər Lenti