"Atasına dedim ki, oğlu bir də belə eləsə, onu bağışlamayacağıq"

26 Yanvar 2020 20:50 I Divizion 1 480
"Atasına dedim ki, oğlu bir də belə eləsə, onu bağışlamayacağıq"

19 yaşlılardan ibarət yığmanın heyətində Antalya toplanışına yollanan və siqaret çəkməsi bilinəndən sonra düşərgədən uzaqlaşdırılan Vüsal Şabanov "Zaqatala" rəhbərliyi tərəfindən cəzalandırılıb.

Bu barədə Sportinfo.az-a klubun baş məşqçisi Rüstəm Məmmədov məlumat verib.

I Divizion təmsilçisinin çalışdırıcısı bildirib ki, o, millidən kənarlaşdırılan qapıçı və atasıyla görüşüb: "Vüsalla çox söhbətim olmadı. Sözümü əsas atasına dedim.

İzah etdim ki, Vüsal "Qəbələ"yə məxsus olsa da, icarə əsasında "Zaqatala"nın formasını geyinir və bu neqativ hadisə ilk növbədə bizim adımıza yazılır. Ona görə də məsələni belə qoya bilmərik.

Mütləq Vüsala cərimə və cəza tətbiq edəcəyik. Milliyə çağırılan futbolçu məsuliyyətini hiss eləməlidir. Bu şans hər futbolçuya verilmir.

Vüsal milliyə dəvət almışdısa, özünü idmançıya layiq aparmalıydı. Atasına dedim ki, bu, axırıncı dəfə olsun. Əgər oğlu bir də belə hərəkət eləsə, onu bağışlamayacağıq və komandadan göndərəcəyik.

Fərqi yoxdur, siqaret çəkməyə, ya nəyəsə görə. Hansısa xoşagəlməz hərəkət etsə, gələn dəfə günahını keçməyəcəyik2.

Digər Xəbərlər
Xəbər Lenti