Kimə baş məşqçi postunu təklif edirlər, “YOX” cavabı alırlar

17:40 I Divizion 193
Kimə baş məşqçi postunu təklif edirlər, “YOX” cavabı alırlar

Ramiz Məmmədovu baş məşqçi postunda saxlaya bilməyən «Minegəçevir» rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb.

Ondan sonra kimə dəvət göndərirlərsə, mənfi cavab alırlar.

Son olaraq Elgiz Kərəmli «işıqçılar»ın təklifini geri çevirib. «Şəfa»nı I Liqanın çempionu etmiş və Premyer Liqaya çıxarmış gənc mütəxəssis maliyyə təminatı qeyri-sabit olan klubda çalışmaqdan imtina edib.

Ümumiyyətlə, çempionatda ikinci yeri tutan və Premyer Liqaya vəsiqə uğrunda pley-off matçında «Qəbələ»yə 0:2 hesabıyla uduzan «Mingəçevir» pis xəbərlərin içində boğulur.

Yönətimin kollektivə külli miqdarda borcu var. Həmin məbləğ 250 min manat həddinə yaxındır.

Pulunu ala bilməyən məşqçi və futbolçular AFFA-ya şikayət edib. Onlar borcunu ödəməkdən boyun qaçıran klubun I Liqadan uzaqlaşdırılması tələbini də irəli sürüb.

Rəhbərlik haradadır? Hərəsi bir tərəfə qaçıb gizlənib. «İşıqçılar» günün günorta çağı onları əli çıraqla axtarıb tapa bilmir. Elə federasiyanın özü də.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti