Kennet Kalunqa seçimini edib.
Zambiyadan olan hücumçu karyerasını Premyer Liqa klubunda davam etdirəcək.
Ötən mövsüm “Mingəçevir”in heyətində vurduğu 15 qolla bombardirlər siyahısında yer alan hücumçu-vinger “Kəpəz”lə anlaşıb.
Kalunqa uğrunda “Səbail” də mübarizə aparırdı. Bayıl təmsilçisi ona “Kəpəz”də qazanacağı qədər maaş təklif edirdi.
Lakin o, özünü Premyer Liqada sınamaq istədiyindən “dənizçilər”in təklifini geri çevirib.
Yüksək maaş və Bakıda yaşamaq motivasiyası da Kennetin qərarını dəyişməsinə kömək etməyib.
Maraq üçün bildirək ki, “Kəpəz” baş məşqçi postuna Azər Məmmədovu gətirib. 10-a yaxın futbolçu ilə razılıq əldə olunsa da, hələ ki, rəsmi açıqlama yoxdur.
HƏBİB / SPORTİNFO.AZ

