“Qarabağ”dan transfer etdilər - 1 illik kontrakt

5 İyul 02:00 I Divizion 1 055
“Qarabağ”dan transfer etdilər - 1 illik kontrakt

“Şahdağ Qusar” növəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, klubun yaydığı məlumata görə, bölgə təmsilçisi “Qarabağ”dan Mahmud Ağayevi transfer edib.

22 yaşlı yarımmüdafiəçi ilə 1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Mahmud 19 yaşadək futbolçulardan ibarət milli komandanın da üzvü olub.

"Şahdağ Qusar" daha öncə Elməddin Sultanov, Urfan İsmayılov, Ravil Qafarov, Fəxri Məmmədli, Gülağa Əsədov, Mehrac Baxşalı, Vüqar Həsənov, Seymur Məmmədov və Həzrət İsayevi heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!