«Yeni baş məşqçimizdən çempionluq tələb etmirik».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Sportinq»in rəhbəri Hüseyn Rzayev deyib.
I Liqada mübarizə aparan Buzovna təmsilçisi yaxınlarda baş məşqçi dəyişikliyinə gedib.
Röyal Nəcəfovu Samir Ələkbərov əvəzləyib. İkinciylə 1 illik müqavilə imzalanıb. Yeni çalışdırıcıdan gözləntilərini dilə gətirən funksioner aşağıdakıları söyləyib:
«Klubumuz 2018-ci ildə yaradılıb. Həmin vaxt 10 illik inkişaf proqramı hazırlamışdıq və indi də o proqram əsasında fəaliyyətimizi davam etdiririk.
Strateji Yol Xəritəsində uşaq futboluna xüsusi diqqət ayrılıb. Hələ bir-iki il çempionluq uğrunda mübarizə aparmayacağıq.
Məqsədimiz gənclərdən ibarət mübariz komanda formalaşdırmaqdır. Samir Ələkbərov ilk vaxtlardan bizimlədir.
İndiyədək akademiyanın formalaşdırılmasını və ona nəzarəti
Samir Ələkbərova tapşırmışdıq. İndi də Birinci Liqadakı komandayla işləyəcək. İnanırıq ki, o, ümidlərimizi doğruldacaq».

