“Qarşımıza çempionluq hədəfi qoyulub”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Mingəçevir”in yeni hücumçusu Amil Yunanov deyib.
Qış fasiləsində “Şəfa”dan gələn forvard I Liqanın qalibi olaraq birbaşa Premyer Liqaya vısiqə qazanaq istədikərini bildirib:
“Birinci yeri tutmaq üçün gücümüz və yaxşı heyətimiz var. “Zaqatala” ilə oyunda gərəksiz 2 xal itirməyimiz bizi bir az geri saldı.
Bakıya “Zaqatala”nı udub gəlsəydik, tam başqa motivasiya olacaqdı. Hətta “Şəfa”nı udacaqdıq.
Bəlkə də həmin oyunun gərginliyinə görə ilk dəqiqıələrdə 2 qol buraxdıq. “Şəfa”nın oyununda qeyri-adi heç nə görünmürdü.
I Liqa səviyyəsində ölkənin ən yaxşı futbolçularını yığıblar, ancaq ortada ciddi heç nə yoxdur. 0:2-dən dönüş yaradıb 2:2 etməyimiz qələbəyə bərabərdir.
“Şəfa”yla Mingəçevirdə oyunumuz var. Allahın köməkliyi ilə yaxşı olacaq”.

