Liqanın ən varlı klubu baş məşqçisini dəyişmək istəyir - Yerinə 4 namizəd var

10:40 I Divizion 284
Liqanın ən varlı klubu baş məşqçisini dəyişmək istəyir - Yerinə 4 namizəd var

2026-cı ilə uğursuz başlayan «Şəfa» gərgin dönəmdən keçir.

I Liqanın ən iddialı və ən imkanlı klubu son 3 turda qələbə qazana bilməyib.

Paytaxt təmsilçisi MOİK, «Səbail» və «Mingəçevir»lə matçlarla meydandan 1 xalla ayrılıb.

Komandanın enişdə olması rəhbərlikdə ciddi narahatlıq yaradıb.

Elgiz Kərəmlinin istefaya göndərilməsi rəsmilər tərəfindən gündəmə gətirilib. Baş məşqçi postuna namizədlərin siyahısı hazırlanıb. Ora 4 yerli mütəxəssisin adı daxildir.

«Şəfa» çempionatın 16-cı turunda «Difai»nin qonağı olacaq. Ağsuda keçiriləcək oyunda «fədailər»ə uduzsalar, alternativ namizədlərdən biri sükan arxasına gətiriləcək.

Hər halda onlardan şifahi şəkildə fikir öyrənilib. Hamısı «Şəfa»da çalışmağa razıdır.

Niyə də yox?! «Şəfa» maliyyə dayaqları kifayət qədər güclü klubdur. Şəraiti əladır. Burada bir çox futbolçuya Premyer Liqa səviyyəsində əməkhaqları ödənilir.

Ard-arda itirilən xallar «Şəfa»nın birinci pillədəki yerini təhlükəyə atıb. 33 xala malik kollektiv ən yaxın izləyicisi olan «Baku Sportinq»i cəmi 1 xal qabaqlayır.

Turnir cədvəlində üçüncü yerdə gedən «Mingəçevir» də liderlə aradakı xal fərqini 6-ya endirə bilib. Bir sözlə, Elgiz Kərəmlini taleyi artıq «ip»dən asılıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti