I Liqada 15-ci tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib.
"Mingəçevir" lider "Şəfa"nın, "Difai" "Zaqatala"nın, "Şahdağ Qusar" isə "Şimal"ın qonağı olub.
Ramiz Məmmədovun çalışdırdığı "işıqçılar" son dəqiqə qolu ilə paytaxtdan 1 xalla dönübsə, "fədailər" Zaqatalada üstünlüyünü qoruya bilməyib və uduzub.
Maraqlıdır ki, yeni ildə "Difai"ni "Zaqatala"ya dəyişmiş Kamil Qardaşlı dubla imza atmaqla, oyunun axarını büsbütün dəyişib.
Şimal derbisində isə 3 xalın taleyini 1 qol həll edib.
"Şəfa” – “Mingəçevir” 2:2
Qollar: N.Əliyev, 2, E.Zamanov, 8-pen. - C.Cəbrayılov, 63, T.Fərmanov, 90+4
Hakimlər: Emin Əliyev, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov
Binə qəsəbə stadionu
"Zaqatala” – “Difai” 2:1
Qollar: K.Qardaşlı, 61, 65 - V.Ondo, 12
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Aydın Bəxşiyev, Rövşən Rəcəbov
Zaqatala OİK stadionu
"Şimal” – “Şahdağ Qusar” 0:1
Qol: V.Əliyev, 40
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Elman Kərimov, Səbuhi Bayramov
Şamaxı OİK stadionu
18 fevral (çərşənbə)
“Cəbrayıl” – “Bakı Sportinq” - 1:2
MOİK – “Səbail” - 1:0


