Bu gün I Liqada 15-ci tur başlayacaq.
Sportinfo.az xəbər verir ki, ilk gündə iki matç keçiriləcək.
"Cəbrayıl" Şamaxıda "Bakı Sportinq"i, MOİK isə Binədə "Səbail"i qəbul edəcək.
Hər iki görüş saat 14:30-da start götürəcək.
“Cəbrayıl” – “Baku Sportinq”
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu, 14:30
MOİK – “Səbail”
Hakimlər: Alik Yunusov, Sənan Atayev, Asif Abdullayev, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Törə Əhmədova
Binə qəsəbə stadionu, 14:30


