Mərkəzi oyundan geriyə qalanlar - Arada ciddi uçurum var

14 Fevral 23:00 I Divizion 125
Mərkəzi oyundan geriyə qalanlar - Arada ciddi uçurum var

Birinci Liqanın 14-cü turunun mərkəzi qarşılaşması Bayılda keçirildi.

Lider "Şəfa" çempionluğu iddialı "Səbail"in qonağı oldu.

İddialı klubların üz-üzə gəlməsi oyuna marağı bir xeyli artırmışdı.

Qonaqlar qələbə təqdirində rəqibindən bir xeyli aralanmış olacaqdısa, meydan sahibləri növbəti 3 xalla çempionluq döyüşünə qayıtmış olacaqdı.

Maraqla gözlənilən qarşılaşma gözləntilərin altında qaldı deyə bilərik.

Oyunda sürət çox aşağıydı.

Bir çox hallarda ötürmələrin sayı üçü ötmürdü.

Qapılar qarşısında təhlükəli vəziyyətlər aşağı-yuxarı ancaq standart vəziyyətlərdən sonra yaradılırdı.

90 dəqiqə tərəflər qol vurmağı bacarmadığı üçün matç sülhlə başa çatdı.

Cansıxıcı görüşün kulminasiya nöqtəsi baş hakim Rəşad Əhmədovun son saniyələrdə verdiyi qərar oldu.

VAR-ın olmadığı matçda referi verdiyi penal qərarını dəyişməli oldu.

Ona yan xətt hakimi bu işdə yardımçı oldu.

Bu görüşdə bir daha göründü ki, Premyer Liqa ilə aşağı liqa arasında ciddi uçurum var.

Bunun mərkəzi görüşü bu səviyyədədirsə, düşünün digər matçlarda nələr yaşanır.

"Divizionda səviyyə qalxıb" söhbətləri illüziyadan başqa bir şey deyil.

Aşağıda görülməli işlər çoxdur.

İnfrastruktur yaxşılaşdırılmalı, səviyyəli əcnəbilər, bacarıqlı yerlilər meydanda yer almalıdır.

Hələ azarkeş problemini demirəm.

Bəlkə, onda nəyəsə ümid etmək olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”