Çempion olduğu rayon komandasına qayıtdı

13 Fevral 02:30 I Divizion 350
Çempion olduğu rayon komandasına qayıtdı

“Şahdağ Qusar” qış transfer pəncərəsində növbəti transferini reallaşdırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, I Liqa təmsilçisi “Şəfa”dan Ədilxan Qarəhmədovu icarə əsasında heyətinə qatıb.

25 yaşlı futbolçu cari mövsümün sonuna qədər Qusar klubunda çıxış edəcək.

Yarımmüdafiəçi 2024/25 mövsümündə “Şahdağ Qusar”ın heyətində II Liqanın qalibi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti