I Liqasında XIII turun oyunları davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Difai"ni qəbul edib.
Qarşılaşma Şimal bölgəsi təmsilçisinin 4:0 hesablı qələbəsi başa çatıb.
Xallarını 15-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 9 xalı olan "Difai" isə 9-cu yerdədir.
"Şahdağ Qusar" - "Difai" 5:0
Qollar: A.Çipesse, 12, R.Əmirquliyev, 59 (pen), A.Xalilov, 90+2, F.Camalov, 90+4

