I Liqada XIII turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, lider "Şəfa" Binə qəsəbə stadionunda ən yaxın izləyicisi "Baku Sportinq"i qəbul edib.
Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 31-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 26 xalı olan "Baku Sportinq" isə 2-ci yerdədir.
"Şəfa" - "Baku Sportinq" 1:1
Qollar: E.Zamanov, 48 (pen) - X.Məmmədli, 75

