O, Azərbaycan klubunun ən bahalı oyunçusu oldu - 10-cu TRANSFER

10:40 I Divizion 542
O, Azərbaycan klubunun ən bahalı oyunçusu oldu - 10-cu TRANSFER

"Mingəçevir" heyətinə daha bir oyunçu cəlb edib.

"Şəfa"dan ayrılan Amil Yunanovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bir vaxtlar Azərbaycan millisinə də çağırılan 33 yaşlı hücumçu "Qəbələ", "Kəpəz", "Şamaxı", "Turan Tovuz", "Sumqayıt" və "Səbail"də də çıxış edib.

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan "işıqçılar" bu keçidə görə kifayət qədər xərcə düşüb.

Adıçəkilən forvard region klubundan 3500 manat əməkhaqqı alacaq. Yunanov beləcə "nur şəhəri"nin təmsilçisinin ən bahalı oyunçusuna çevrilib.

"Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli, Qabil Əlizadən, Bahadur Həziyev, Elçin Mustafayev, Əkbər Eyubov, Şahmar Aşurov, Nurlan Novruzov və Fuad Bayramov da transfer edib.

SPORTİNFO.AZ

10-cu transfer Amil Yunanov oldu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!