Azərbaycan çempionatının keçmiş bombardiri I Liqada - FOTO

03:00 I Divizion 71
Azərbaycan çempionatının keçmiş bombardiri I Liqada - FOTO

"Mingəçevir" daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Nurlan Novruzovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son olaraq II Liqa təmsilçisi "Şəki Siti"də oynayan 32 yaşlı hücumçu karyerası ərzində Azərbaycanda “Bakı”, “Sumqayıt”, Səbail”, Türkiyədə “Şanlıurfa”, “Dersim 62 Spor”, Moldovada “Dinamo-Auto”, Estoniyada "Narva Trans", Nepalda "Lalitpur Siti", Litvada "Jonava"da çıxış edib.

O, 2015-ci ildə 12 qolla Premyer Liqanın bombardiri olub.

"Mingəçevir" bunadək Nika Çaçaşvili, Əmrah Məmmədli Qabil Əlizadən, Bahadur Həziyev, Elçin Mustafayev, Əkbər Eyubov və Şahmar Aşurovu da transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
4 Fevral 18:10 Çək və bizə göndər!