AFFA bu liqada çıxış edən iki komandadan pul “tutdu”

02:50 I Divizion 208
AFFA bu liqada çıxış edən iki komandadan pul “tutdu”

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda I Liqanın IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

01.10.2025-ci il tarixində I Liqada IV turun “Şahdağ Qusar” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” klubu 210 manat cərimə edilsin (maddə 43.1);

02.10.2025-ci il tarixində I Liqada IV turun “Şəfa” – MOİK oyununda MOİK komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “MOİK klubu 210 manat cərimə edilsin (maddə 43.1);

02.10.2025-ci il tarixində I Liqada IV turun “Şəfa” – MOİK oyununun 38-ci dəqiqəsində MOİK komandasının 2 nömrəli futbolçusu Hüseyn Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, MOİK klubu 150 manat cərimə edilsin (maddə 17.7).

Digər Xəbərlər
Xəbər Lenti