
I Liqanın iddialı təmsilçilərindən «Mingəçevir»də ciddi problem yaranıb.
Bu barədə redlaksiyamıza futbolçular məlumat verib.
Onların bildirdiyinə görə, klub rəhbərliyi birdən-birə yoxa çıxıb.
Şikayətçilərin sözlərinə görə, AFFA sentyabr ayına aid 30 min manat vəsaiti «Mingəçevir»in bank hesabına köçürüb, ancaq yönətimdən heç bir xəbər yoxdur:
«Komanda iyuldan bəri yığılıb. Bu müddətdə cəmi iki dəfə pul üzü görmüşük.
«Cəbrayıl»ı və «Difai»ni udmağa görə hər dəfə gətirib 100 manat veriblər.
Bir aydan çoxdur soruşurduq ki, maaşımız nə vaxt ödəniləcək? Bizə deyirdilər ki, AFFA 30 mini köçürsün, pulunuzu tam verək.
Rəhbərlik iddia edirdi ki, sponsor tərəfindən ayrılan büdcə yerindədir, heç bir problem olmayacaq. AFFA o pulu artıq köçürdü, indi isə biz rəhbərlikdən heç kimi tapa bilmirik.
Sponsor komandanı Vüqara tapşırmışdı, onu da görmürük daha.
Rəhbərlikdən artıq heç kim işə çıxmır. Maaşımız da yarımçıq ödənilib. O da heç də hamıya çatmayıb.
Öz aramızda danışmışıq ki, rəhbərliyi boykot edək. Məşqə çıxmaq istəmirik».
SRORTİNFO.AZ