
I Liqada dördüncü tur davam edir.
Sportinfo.az xəbər verir ki, bu gün daha 3 oyun keçiriləcək.
Geridə qalan həftələrdə qələbə qazanan “Səbail” Şamaxıda “Şimal”ın qonağı olacaqsa, çempionluğa digər iddialı “Səfa” Binədə MOİK-lə üz-üzə gələcək.
“Baku Sportinq” isə Zaqatalada eyniadlı komanda ilə qarşılaşacaq.
“Şimal” – “Səbail”
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Qəzənfər Məmmədov, Kamran Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı OİK stadionu
“Zaqatala” – “Baku Sportinq”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Mirnihat Seyidov, Ruslan Quliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zaqatala OİK stadionu
“Şəfa” – MOİK
Hakimlər: İslam Məmmədov, Zakir Şükürzadə, Rəhman Aslanov, Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Binə qəsəbə stadionu