"Neftçi"nin yetirməsi aşağı liqanın iddialı komandasında

03:10 I Divizion 69
"Neftçi"nin yetirməsi aşağı liqanın iddialı komandasında

I Liqanın iddialılarından olan "Şəfa" heyətinə daha bir futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi Ramin Nəsirli ilə müqavilə bağlanılıb.

"Neftçi"nin yetirməsi olan 22 yaşlı vinger 2022-ci ilin fevralında "ağ-qaralar"ın əsas komandasının sıralarında Azərbaycan Premyer Liqasında debüt edib.

2023-cü ildə icarə əsasında "Dauqavpils"də (Latviya) də oynayan gənc futbolçu daha sonra "Araz-Naxçıvan"a keçib.

Sonradan zədələnən U-21 millisinin sabiq üzvü təxminən 1 il futboldan kənarda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!