
II Liqada II tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, "Qaradağ Lökbatan" öz meydanında "Ağstafa Gəncləri"ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qaradağ Lökbatan" 2 turdan sonra 3 xal toplayıb. "Ağstafa Gəncləri" isə hər iki matçda da uduzub.
"Qaradağ Lökbatan" - "Ağstafa Gəncləri" 8:0
Qollar: V.Hüseynov, 2, 70, R.Şahmuradov, 13, T.Nəsibov, 19, İ.Zeynallı, 40 (pen), R.Orucov, 77, 82, T.Nəsibov, 81 (pen)