“Şahdağ” və “Səbail” ziyan içində

05:30 I Divizion 82
“Şahdağ” və “Səbail” ziyan içində

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 1-ci liqanın 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

MOİK – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” 210 manat cərimə edilib.

MOİK – “Şahdağ Qusar” oyununun 90+1-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şahdağ Qusar” komandası 700 manat cərimə edilib.

“Səbail” – “Mingəçevir” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilib.

“Səbail” – “Mingəçevir” oyununda “Səbail” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Səbail” komandası 900 manat cərimə edilib.

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu