
Transfer çalışmalarını davam etdirən "Difai" heyətini yeni futbolçu ilə gücləndirib
Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisi ilə Əsgər Hüseynov arasında 1 illik müqavilə imzalanıb.
26 yaşlı müdafiəçinin son komandası 2024-25-ci illərdə formasını geyindiyi "Şəfa" olub. O, buna qədər "Qarabağ”da (U-19), "Qarabağ-2" , "Neftçi -2" , "Araz-Naxçıvan", "Mingəçevir" və "İmişli"də çıxış edib.
Eyni zamanda U-17, U-19 və U-21 yığmalarının şərəfini qoruyub.