Azərbaycanda klub qələbə qazana bilməyən futbolçulara PUL PAYLADI

16 Sentyabr 2025 09:40 I Divizion 1 663
Azərbaycanda klub qələbə qazana bilməyən futbolçulara PUL PAYLADI

I Liqada mübarizə aparan «Baku Sportinq»in rəhbərliyi gözlənilməz addım atıb.

Buzovna təmsilçisinin direktoru Hüseyn Rzayev çempionata qələbə ilə başlaya bilməyən komandaya mükafat verib.

Qəsəbə kollektivi mövsümün ilk turunda «Difai»ni qəbul edib. «Baku Sportinq» matçın gedişində hesabda iki dəfə önə çıxsa da, qələbə hesabını qoruya bilməyib - 2:2.

Bununla belə, H.Rzayev pul kisəsinin ağzını açıb, əsas heyətdə meydana çıxanların hər birinə 100, sonradan forma geyinənlərə 50 manat ödəmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!