COP29

Şikayət etdilər, istəkləri həyata keçirilmədi, bağışlanmadılar

13 Dekabr 2024 00:40 I Divizion 399
Şikayət etdilər, istəkləri həyata keçirilmədi, bağışlanmadılar

I Liqanın VIII turunda baş tutan “Karvan” - “Qəbələ” matçında yaşananlara görə cəzalanan Yevlax klubunun apellyasiya şikayəti təmin olunmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Noyabrın 27-də keçirilən matç bitdikdən sonra “Karvan”ın futbolçusu Bəhruz Teymurovun hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanması, həmçinin klubun 300 manat cərimələnməsi barədə AFFA-nın İntizam Komitəsinin 3 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Həmçinin Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyünün maraqlı tərəflərə izah edilməsi və qərarın tam mətninin 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilməsi bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı
17 Yanvar 04:00 Onlar da başladılar