Azərbaycanda futbolçular baş məşqçini döymək istədilər - HƏNGAMƏ!

9 Sentyabr 2024 13:40 I Divizion 2 529
Azərbaycanda futbolçular baş məşqçini döymək istədilər - HƏNGAMƏ!

I Liqa iştirakçılarından «Mingəçevir»də növbəti insident baş verib.

Ötən mövsümdən «işıqçılar»ı çalışdıran Ədahim Niftəliyev şəhər stadionunda ciddi təzyiqə məruz qalıb.

Olaya bəzi futbolçular və azarkeşlər qarışıb. Onlar baş məşqçiyə hücum çəkib, vurmağa cəhd göstərib.

Narazı şəxslər Niftəliyevə ağır təhqirlər yağdırıblar. Klub idarəçilərinin köməyi ilə o, hadisə yerindən uzaqlaşdırılıb.

Qalmaqalın motivi barədə müəyyən məlumatlar toplamaqdayıq. Niftəliyevin hansı səbəbdən bu vəziyyətlə üzləşməsini oxucularımızın diqqətinə çatdıracağıq. Bizi izləməkdə davam edin…

SPORTİNFO.AZ

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM