
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda 1-ci liqanın 26-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Araz Saatlı” – “İmişli” oyununun 87-ci dəqiqəsində qonaqların müdafiəçisi Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib futbolçunu vurmağa cəhd etdiyinə görə 4 oyun, həmçinin 17.04.2024-cü il tarixində təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilmiş 1 oyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə 5 oyun cəzalanıb,
“İmişli” braziliyalı müdafiəçinun üzündən 300 manat cərimə edilib.