Divizionda kuryoz qol - ViDEO

1 Oktyabr 2022 01:50 I Divizion 505
Divizionda kuryoz qol - ViDEO

I Divizionda V tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Qəbələ-2”öz meydanında “Zirə-2” ilə qarşılaşıb.

Qəbələ şəhər stadionundakı görüşün taleyini bir qol həll edib. İkinci hissənin ortalarında fərqlənən qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

“Qırmızı-qaralar”ın qapıçısı Həsən Həsənlinin yol verdiyi səhv “qartallar”ın hücumçusu Xaqanı Sadıxovun 71-ci dəqiqədə fərqlənməsinə yol açıb.

Belə ki, kiper topu uzaqlaşdırmağa gecikib və rəqib forvard ayağına dəyib önünə düşən “yuvarlaq meşin”i boş qapıdan keçirib.

"Qəbələ-2" - "Zirə-2" 0:1
Qol
: Xəqani Sadıxov 71

Digər Xəbərlər
Xəbər Lenti