Azərbaycanda bu klubun baş məşqçisi də istefa verdi - SON DƏQİQƏ

20:00 I Divizion 1 440
Azərbaycanda bu klubun baş məşqçisi də istefa verdi - SON DƏQİQƏ

I Liqada çıxış edən «Difai»də növbəti dəfə baş məşqçi ayrılığı gerçəkləşib.

Hüseynqulu Quliyev bu gün «Cəbrayıl» ilə keçirilən matçdan (0:4) sonra vəzifəsini tərk eləyib. Avqustda sükan arxasına keçmiş sükançı öz istəyi ilə postundan gedib.

Səbəb komandanın mövsümə uğursuz start verməsidir.

Sezona «Baku Sproinq»lə səfər heç-heçəsiylə (2:2) başlayan kollekttiv axır 3 turda məğlubiyyətlə üzləşib.

«Səbail»ə 1:2 və «Mingəçevir»ə 0:2 hesabıyla yeniliblər. Dörd turun yekununa əsasən, «Difai» turnir cədvəlində 10-cu - sonuncu pilləyə yuvarlanıb.

Aşağı liqada üçüncü mövsümünü keçirən Ağsu təmsilçisi ötən müddətdə 8 baş məşqçi dəyişib.

Hüseynqulu Quliyevdən öncə burada Paşa Əliyev, Elgiz Kərəmli, Adil Mahmudov, Xaqani Məmmədov, Aydın Qasımov, Kərim Diniyev və Araz Bağırov çalışıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti