“Baku Sportinq” yeni mövsümə yenilənmiş heyətlə başlayacaq.
Sportinfo.az xəbər verir ki, Buzovna təmsilçisi artıq 10 futbolçusu ilə əməkdaşlığa son qoyub.
Bunlar Elməddin Sultanov, Elşad Tağıyev, Luka Stefanoviç, Pablo Enrike, Ceyhun Muxtarlı, İlkin Muradov, İlham Allahverdiyev, Kamil Hüseynov, Xəlil Bəşirli və Nəbi Məmmədovdur.
Qapıçı Elməddin Sultanovun “Şahdağ Qusar”a keçdiyi bəllidirsə, hücumçu Elşad Tağıyevlə yarımmüdafiəçi Ceyhun Muxtarlı da MOİK-lə anlaşıblar.
Geridə qalan mövsümdə Birinci Liqadakı mübarizəni dördüncü pillədə başa vuran “Baku Sportinq” çalışdırıcısı Röyal Nəcəfov postundan ayrılıb
. Komanda qarşıdakı “futbol ili”nə Samir Ələkbərovun rəhbərliyi altında hazırlaşacaq.

