“Karvan-Yevlax” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, bölgə təmsilçisi Orxan Sadıqlı ilə razılığa gəlib.
“Xəzər-Lənkəran” yetirməsi olan O. Sadıqlı son olaraq “Mingəçevir”də çıxış edib.
Yevlax təmsilçisi son mövsümdə Premyer Liqada sonuncu yeri tutub. Onlar yenidən Birinci Liqada mübarizə aparacaq.
“Xəzər Lənkəran” 2000-ci illərdə Azərbaycan futbolunun ən tanınmış və titullu klublarından biri olub. Lakin klub 2016-cı ildə peşəkar fəaliyyətini dayandırıb və o vaxtdan peşəkar liqalarda çıxış etmir.
Lənkəran klubu tarixi ərzində 2006/07 mövsümündə Azərbaycan çempionu olub, üç dəfə - 2006/07, 2007/08 və 2010/11 mövsümlərində ölkə kubokunu qazanıb,
2013-cü ildə Azərbaycan Superkubokuna sahib çıxıb, həmçinin 2008-ci il Birlik Kubokunun qalibi olub.

