Bu gün I Liqada 16-cı tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 3 matç keçirilib.
Çempionatın debütantı olan "Şahdağ Qusar" Şamaxıda "Zaqatala"ya qalib gəlib.
Birincilik iddiasını itirmək istəməyən "Mingəçevir" doğma şəhərdə MOİK-in qapısına iki cavabsız qol vurub.
Turnir cədvəlinə başçılıq edən "Şəfa" isə Ağsuda "Difai"ni darmadağına məruz qoyub. Paytaxt təmsilçisi 8:1 hesablı qalibiyyətlə öz mövqeyini daha da möhkəmləndirib.
“Şahdağ Qusar” – “Zaqatala” 1:0
Qol: A.Çipesse, 61
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elçin Abdullayev
Şamaxı OİK stadionu
“Difai” – “Şəfa " 1:8
Qollar: R.Yaqubzadə, 89 - P.Azadov, 8, 46, E.Zamanov, 29, N.Əliyev, 44, T.Quliyev, 50, Ə.İbrahimzadə, 60, H.Şirəliyev, 65-avtoqol, Ə.Nəsibov, 86
Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Samir Qaracayev, Mahmud Bağırzadə
Ağsu şəhər stadionu, 15:00
“Mingəçevir” – MOİK 2:0
Qollar: B.Həziyev, 11, K.Kalunqa, 63
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Rasim Axundov, Kamil Aydınov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)
24 fevral (çərşənbə axşamı)
“Şimal” – “Cəbrayıl” - 3:2
“Səbail” – “Bakı Sportinq” - 0:0


