“Zirə“nin “qara siyahı“sına düşdü

3 İyul 2020 09:28 Zirə 1 411
“Zirə“nin “qara siyahı“sına düşdü

“Zirə“nin yollarını ayırmağa hazırlaşdığı futbolçuların siyahısı bir qədər də böyüyüb.

Sportinfo.az-ın məlumatına görə, qəsəbə təmsilçisi George Antona hələ yeni müqavilə təklif etməyib.

Qış fasiləsində Azərbaycana gələn Moldova millisinin yarımmüdafiəçisi ilə sözləşmə uzadılmayıb.

Dünyaca məşhur "transfermarkt" saytı daha əvvəl ölkəsində “Zimbru” və “Şerif”in də şərəfini qorumuş Antonun transfer bazarındakı hazırki dəyərinin 300 min avro (təxm: 575 min manat) olduğunu açıqlayıb.

Saytın qeyd etdiyinə görə, paytaxt klubu ilk müqaviləsində futbolçuya 325 min avro (təxm: 622 min manat) ödəyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu