"Zirə" "Keşlə"nin əvəzedicilərini darmadağın etdi

26 Yanvar 2020 15:51 Zirə 852
"Zirə" "Keşlə"nin əvəzedicilərini darmadağın etdi

Antalyadakı təlim-məşq toplanışını başa vurub vətənə dönən "Zirə" növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Zaur Həşimovun komandası divizionda mübarizə aparan "Keşlə-2" ilə qarşılaşıb. Zirə İdman Kompleksində keçirilən görüş Premyer Liqa təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin heyətində qolları Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və Xulio Sezar Rodriges (2) vurublar.

Qəsəbə təmsilçisi Türkiyədə 3 yoxlama matçında qüvvəsini sınayıb. "Ümraniyəspor"a 0:3 hesabı ilə uduzan "Zirə" növbəti iki qarşılaşmanın ("Sepsi", Rumıniya və "Napredak", Serbiya, ) hər ikisində eyni hesabla qələbə qazanıb - 2:0

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!