Rəhbərlik baş məşqçinin istəmədiyi Məmmədova dedi ki…

18 Yanvar 2020 16:33 Zirə 998
Rəhbərlik baş məşqçinin istəmədiyi Məmmədova dedi ki…

Zaur Həşimov tərəfindən əsas komandadan uzaqlaşdırılan Elvin Məmmədov "Zirə" rəhbərliyi ilə görüşüb.

Sportinfo.az-ın məlumatına görə, yaranmış vəziyyət yarımmüdafiəçiyə izah olunub.

Onun nəzərinə çatdırılıb ki, bu qərar birbaşa baş məşqçi tərəfindən verilib və onun işinə heç bir müdaxilə ola bilməz. Başqa sözlə, Həşimov kənar təzyiqlər altında belə bir addım atmayıb.

Həmçinin bildirilib ki, başqa təklifləri olarsa, transfer vərəqəsi özünə təqdim ediləcək. Elvin isə hələlik heç bir klubdan dəvət almadığını söyləyib.

Millinin keçmiş üzvünün "Zirə" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Baş məşqçinin ondan imtinasına rəğmən, klub futbolçu qarşısında götürdüyü öhdəliyi yerinə yetirəcək. Yəni ki, o, əvvəlkitək öz maaşını (8000 manat) alacaq.

Digər Xəbərlər
Xəbər Lenti