COP29

Premyer Liqada 15 qol vurdu, ərəblər şirnikləndirdi, transfer son anda alınmadı

18 İyun 11:05 Zirə 2 634
Premyer Liqada 15 qol vurdu, ərəblər şirnikləndirdi, transfer son anda alınmadı

«Səbail»dən ayrılan Aleksandr Ramalinqomun «Zirə»yə keçidi son anda alınmayıb.

Maqadaskar yığmasının hücumçusu maddi tələblərini yüksəltdiyi üçün «qartallar» onunla anlaşmaqdan imtina edib.

Halbuki tərəflər danışıqların birinci mərhələsində ortaq məxrəcə gəlmişdi.

Premyer Liqanın son mövsümündə aktmvinə 15 qol yazan forvard 19 min dollar maaş qarşılığında Zirənin eyniadlı təmsilçisi ilə anlaşmışdı.

Lakin Səudiyyə Ərəbistanının birinci liqasından və BƏƏ çempionatından aldığı təklifi Ramalinqomu şirnikləndirincə, vəziyyət 180 dərəcə dəyişib.

Avropa Liqasında qüvvəsini sınayacaq qəsəbə təmsilçisi qiymətini qaldıran legionerə «bizim söhbətimiz tutmadı» mesajı verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti