“Çox yaxşı oyun keçdi. Lakin matçın əvvəlində hesabda geri düşməyimiz işimizi bir qədər çətinləşdirdi.
Çalışdıq ki, ikinci hissədə məşqçimizin tapşırıqlarını yerinə yetirək.
Fasilədən sonra oyuna nəzarət edən tərəf olduq. Təəssüf ki, yaratdığımız qol epizodlarından istifadə edə bilmədik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin qapıçısı Maykon Kleyton Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Braziliyalı qolkiper öz çıxışını belə dəyərləndirib:
“Zədədən qayıtmışam. Futbolçu karyeramda heç vaxt belə uzunmüddətli zədəm olmamışdı, bu qədər meydandan kənarda qalmamışdım.
Getdikcə daha yaxşı adaptasiya oluram, öz üzərimdə çalışıram. Məqsədim özümə inamı qaytarıb komandaya maksimum dərəcədə kömək olmaqdır”.
