Sabiq hücumçu “Barselona”nın məşqçilərindən ŞİKAYƏTLƏNDİ

10:15 İspaniya 87
Sabiq hücumçu “Barselona”nın məşqçilərindən ŞİKAYƏTLƏNDİ

“Barselona”nın sabiq hücumçusu Vitor Roke İspaniya təmsilçisində çıxış etdiyi dövrdə yaşadığı çətinliklərdən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu məşqçilər heyətindən lazımi dəstəyi görmədiyini bildirib:

“Komandanın məşqçilərinin dəstəyini hiss etmək çox vacibdir. Təəssüf ki, “Barselona”da olduğum müddətdə məşqçilər mənimlə söhbət etmək üçün demək olar, heç vaxt yanıma gəlmirdilər”.

Roke 2023-2025-ci illərdə “Barselona”nın formasını geyinib. Hazırda 21 yaşlı hücumçu ölkəsində “Palmeyras” üçün “tər tökür”. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin sonuna qədərdir. Rokenin transfer dəyəri 38 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Noyabr 18:10 Çək və bizə göndər!
28 Noyabr 08:40 Bu da "Xankəndi" - VİDEO
28 Noyabr 07:30 Məhsuldar heç-heçə