"Şamaxı"dan 2 qol, “Qəbələ”dən 1 “qırmızı” - VİDEO

00:30 Şamaxı 60
"Şamaxı"dan 2 qol, “Qəbələ”dən 1 “qırmızı” - VİDEO

Azərbaycan Premyer Liqasının XIII turunda daha bir qarşılaşma başa çatıb.

Sportinfo.az xəbər verir ki, “Şamaxı” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahiblərinin qollarını 11-ci dəqiqədə Ayman Buəli, 61-ci dəqiqədə isə Edqar Adilxanov vurub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Şamaxı” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 11 xalı olan “Qəbələ” isə 9-cu sırada qalıb.

“Şamaxı” - “Qəbələ” 2:0

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 20:00 Çək və bizə göndər!