“Yayılan söz-söhbətləri şərh etməyəcəm” - Hücumçunu geri qaytarmaq istəyirmi?

01:40 İngiltərə 52
“Yayılan söz-söhbətləri şərh etməyəcəm” - Hücumçunu geri qaytarmaq istəyirmi?

“Nyukasl”ın baş məşqçisi Mattias Yayssle, Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən hücumçu Ayvan Toninin mümkün transferi barədə fikirlərini bölüşüb.

İngiltərə millisinin üzvünün vətəninə qayıtmaq istədiyi ilə bağlı bir neçə aydır söz-söhbətlər dolaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis, futbolçunun transferi ilə bağlı yayılan xəbərləri şərh etmək istəməyib:

“Yalnız onu deyə bilərəm ki, Toni fantastik futbolçudur. Onunla birlikdə çalışmışam. Səudiyyə Ərəbistanında çoxlu qol vurub. Amma yayılan söz-söhbətləri şərh etməyəcəm”.

Toni 2026/27 mövsümündə bütün turnirlərdə 17 oyuna çıxıb, 16 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı 30 yaşlı hücumçunun bazar dəyərini 20 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 20:00 Çək və bizə göndər!